"Korrupsiyaya yox deyək" adlı maarifləndirici tədbir
İyunun 4-ü korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə pedaqoji heyətin iştirakı ilə "Korrupsiyaya yox deyək!" adlı maarifləndirici tədbir keçirilib. İlk öncə “Korrupsiya haqqında qanunvericiliyin tələbləri, bilavasitə korrupsiya hüquqpozmaları və şəxslərin korrupsiyaya şərait yaradan hüquqpozmalara dair mövcud normativ-hüquqi aktların tələbləri” haqqında ətraflı məlumat verilib. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılaraq işçilər arasında korrupsiya hüquqpozmalarına qarşı mübarizə sahəsi üzrə qanunvericilik aktlarının təşviq edilməsi, eyni zamanda sinif rəhbərləri vasitəsilə şagirdlərin maarifləndirilməsi məsələsi diqqətə çatdırılıb.