"Təhsilverənlərin etik davranış Qaydaları" təsdiqlənib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ- 07 nömrəli qərarına əsasən məktəbin pedaqoji heyəti qaydalarla tanış edildi və etik davranış qaydalarına riayət olunması barədə söhbətlər aparıldı. Bu söhbətlərin məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir. Qaydalarla tanış olan müəllimlər təhsilverənlərin etik davranış prinsipləri, xidməti davranışı, xidməti fəaliyyətindən kənar davranışları haqqında müzakirə apardılar.