28 May - Müstəqillik Günü
Məktəbin Fəaliyyət Planının 1.5.36-cı bəndinə uyğun olaraq Azərnaycan dili və ədəbiyyat müəllimi Səadət Vəliyevanın təşkilatçılığı və 6 "F" sinifinin iştirakı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir təşkil olunub.Tədbirin keçirilməsində əsas məqsəd şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixinə bir daha nəzər salaraq yetişməkdə olan gənc nəsli dövlətçilik, Azərbaycan xalqının tarixinə, dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə etmək və eyni zamanda məktəblilərin yaradıcılıq qabiliyyətini üzə çıxarmaq, şagirdləri milli vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarətdir.