"Yaşıl dünya" adlı rəsm müsabiqəsi
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində məktəbin təsviri incəsənət müəllimi Narınc Xəlillinin rəhbərliyi ilə VI sinif şagirdləri arasında "Yaşıl dünya" adlı rəsm müsabiqəsi keçirildi. Məqsəd ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və ondan səmərəli istifadə edilməsi vasitələrini şagirdlərə aşılamaqdır.