Şagirdlərin əl işlərindən ibarət ekoloji guşə
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 15.03.2024-cü il tarixli, 3-29/-145F/2024 nömrəli əmri ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən məktəbimizdə maarifləndirici tədbirlərin keçirilməsi davam edir. Belə tədbirlərin təşkilində məqsəd ekoloji tarazlığın bərpasına kömək etmək, şagirdlərin məlumatlılığını artırmaqdan ibarətdir. Bu məqsədlə şagirdlərin əl işlərindən ibarət ekoloji guşələr hazırlandı.