"Azərbaycan COP29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür"
15.05.2024-cü il tarixdə məktəbin 9 "A" sinif şagirdləri ilə İqlim dəyişikliyi və COP 29 ilə bağlı xüsusi dərs təşkil olunub. Coğrafiya müəllimi Xanım Cəfərova İqlim dəyişikliyinin fəsadları və COP 29-un əhəmiyyəti haqqında şagirdlərə ətraflı məlumat verib. Məqsəd şagirdləri qlobal problemlərlə tanış etmək, bu problemlərin həllində onların rolunun nədən ibarət olduğunu aşılamaqdır