Unutmadıq, unutmarıq!
23-02-2017 tarixində Binəqədi rayonu Q.Baxşıyev adına 179 saylı tam orta məkəbdə alman dili müəllimi Məhərrəmova Afaqın təşkilatçılığı ilə 8f sinif şagirdlərinin təqdimatında Xocalı soyqırımına həsr olunmuş "Xocalı fəryadı" adlı anım tədbiri keşirilmişdir. Tədbirdə Xocalı Soyqırımını Tanıtma Birliyinin sədri Şamil Sabiroğlu, Xarici Dillər Universitetinin Yapon dili Mərkəzinin rəhbəri və yapon dili müəllimi İbrahimov Yaşar, Xocalı Meşəli kəndinin sakini, qiraət ustası İlahə Kazımova ,döyüşçü Hacı Zahid bəy və məktəbimizin direktoru Almaz İsmayılova gənclərimizi milli vətənpərvərlik ruhuna kökləyən çıxışlar etdilər.Qələbəyə güclü inam ruhunda bitən tədbirin sonunda Xocalıya həsr olunmuş inşa yazı müsabiqəsi, rəsm müsabiqəsi və bədii qiraət müsabiqəsi qaliblərinə diplomlar təqdim olundu.