Ekskursiya

   "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində şagirdlərin yaz tətilini səmərəli təşkil etmək, onların dünyagörüşünü formalaşdırmaq məqsədilə ekskursiyalar davam edir. Məktəbin ibtidai sinif müəllimi Nisəxanım İsgəndərovanın rəhbərliyi ilə 3 "D" sinif şagirdlərinin Zoologiya İnstitutunda fəaliyyət göstərən Zooloji muzeyə və İçərişəhərə dərs- ekskursiyası təşkil olunub.Şagirdlər 1971-ci ildə Milli Elmlər Akademiyasının Rəyasət heyətinin qərarı ilə yaradılmış Zoologiya İnstitutunda fəaliyyət göstərən Zooloji muzeyin ekspozisiya fondunda yerləşən Azərbaycanın və dünyanın heyvanlar aləmindən müqəvva, skelet, təpmə,yaş preparatlardan ibarət, həmçinin kolleksiya şəklində hazırlanmış 1703 eksponatla yaxından tanış olublar. Məqsəd şagirdlərdə təbiətin gözəlliyi, mükəmməliyi haqqında aydın təsəvvür yaratmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi