"Füzuli dünyası"

    Məktəbin "Poeziya yarpaqları" ədəbiyyat dərnəyi və məktəb kitabxanasının birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “ Füzuli dünyası” adlı tədbir keçirilib. "Füzuli rindü Şeydadır" dərnək üzvlərinin təqdimatında ədəbi- bədii kompozisiya nümayiş olunub, sənədli film oxucular tərəfindən izlənilib. Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin həyatı haqqında məlumat verilib, zəngin yaradıcılığından bəhs olunub. Şagirdlər “Leyli və Məcnun” əsərindən bir hissəni, şairin “Söz” və “Məni candan usandırdı” qəzəllərini söylədikdən sonra elm xadimlərinin böyük şairimiz Füzuli haqqında söylədikləri fikirləri və şeirləri səsləndiriblər. Şagirdlərə Füzuli əsərlərini  hər zaman oxumaq tövsiyə olunub, onları şairin əsərlərindəki sözün qüdrətini dərk etməyə çağırıblar. Məqsəd Azərbaycan ədəbiyyatında ölməz əsərlər yaradan Məhəmməd Füzulinin zəngin və rəngarəng yaradıcılığı ilə şagirdləri məlumatlandırmaq olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi