Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş xüsusi dərs
19.04.2024 - cü il tarixində məktəbin ibtidai sinif müəllimi Nüşabə Xələfova dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş xüsusi dərs təqdim etmişdir. "1B" sinfi ilə keçirilən dərsdə görkəmli şairin “Meyvələrin söhbəti” əsəri səhnələşdirilmişdir. Dahi şairə həsr olunmuş bədii və sənədli film nümayiş etdirilmişdir. Şagirdlərimiz əsərdən ilhamlanaraq hər biri meyvə və tərəvəz obrazında çıxış edərək öz bacarıqlarını nümayiş etdirdilər. Həm əsəri öyrəndilər ,həm də cox əyləndilər.