"Yaşıl Dünya" lahiyəsi
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası elm və təhsil nazirinin 15.03.2024-cü il tarixli, 3-29/3-145F/2024 nömrəli əmri ilə Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına əsasən texnologiya müəllimi Günel Qurbanovanın təşkilatçılığı və 9 "C" sinif şagirdlərinin iştirakı ilə məktəbin foyesində dibçəklərdən ibarət guşə hazırlanıb, bitkilərdə təmizlik işləri aparılmış, dibçəklərin torpaqları yumşaldılmış, ətraf mühitin qorunmasına dair söhbətlər aparılmışdır.