"Böyük Zəfərin başlanğıcı" adlı tədbir

     04.04.2024- cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Tutu Əsayevanın təşkilatçılığı ilə Aprel şəhidlərinə həsr olunmuş "Böyük Zəfərin başlanğıcı" adlı tədbir keçirildi.Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin müavini Sevinc Suleymanova, İcra Hakimiyyətinin nümayəndəsi Elnur Məmmədov, Aprel döyüşlərinin qəhrəmanları, şəhidlərimizin ailələri iştirak edirdi. Tədbir Dövlət Himnin oxunması ilə başladı və şəhid olmuş igid oğullarımızın xatirəsi birdəqiqəlik sükutla anıldı. Sevinc Suleymanova çıxışında Aprel döyüşlərinin tariximiz üçün ən parlaq səhifələrdən biri olduğunu bildirdi. Şəhid ailələri öz övladlarının timsalında bütün şəhidlər haqqında, öz fikirlərini öz qürur hisslərini dilə gətirdilər. Məktəbin şagirdləri ölümsüz qəhrəmanlarımıza həsr olunmuş mahnılar və şeirlər səsləndirdilər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi