31 Mart- Azərbaycanlıların Soyqırımı Günü
31 Mart Soyqırımı məktəbdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermış faciəli hadisə kimi yad olunub. "Poeziya yarpaqları" ədəbiyyat dərnəyi və məktəb kitabxanası mövzu ilə bağlı söhbətlər aparıb, soyqırım qurbanları birdəqiqəlik sükutla yad edilib. "Tarixin izi ilə" Mart Soyqırımına həsr edilmiş tədbirdə sənədli film izlənilib. Mirgüllər Xəlilova vəhşilənmiş erməni-bolşevik dəstələrinin azərbaycanlılara qarşı törətdikləri kütləvi qətllər və soyqırımı aktlarından, Nənə və babalarının soyqırımla bağlı şahidi olduğu hadisələrdən danışaraq şagirdlərə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmana əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.