31 Mart Soyqırım Gününə həsr olunmuş xüsusi dərs
29 mart 2024-cü il tarixində məktəbin tarix müəllimi Səadət Səmədova 7 "D" sinif şagirdlərinin iştirakı ilə Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı xüsusi dərs keçirib. Əvvəlcə, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğul və qızlarımızın, eləcə də soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Müəllim ermənistanın tarix boyu azərbaycanlılara qarşı soyqırımı siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdiklərini şagirdlərin diqqətinə çatdırıb