Məktəbin şəhid məzunu Əli Bayramov anıldı
Q.Baxşıyev adına 179 nömrəli tam orta məktəbin şəhid məzunu Əli Bayramovun Doğum Gününə həsr olunmuş "Bahar Sevdalı Əli" adlı tədbir keçirilib.Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Könül Söhbətova və dərnək rəhbəri Pakizə Seyidova tərəfindən təşkil olunub. Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının mümayəndəsi Rahil Şükürov, Azərbaycan Respublikası Müəllimlər assosiasiyasının sədri Şamil Rəcəbov və şəhidlərimizin ailələri iştirak ediblər. Əvvəlcə Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhidimizin anası Səbinə Bayramovanın xatirələri əsasında ədəbi- bədii kompozisiya nümayiş olunub. Məktəbin direktoru Həqiqət Bayramova çıxışında şəhidlərin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanarın daim xalqımızın yaddaşında yaşayacağını bildirib. Sonda tədbirdə iştirak edən şagirdlər məktəb rəhbərliyi tərəfindən Təşşəkkürnamə ilə təltif olunublar. Eyni zamanda məktəbin şəhid məzunu Əhmədli Aydın Mustafa oğlunun Doğum Günü münasibətilə ailəsinə başsağlığı verilib, əziz xatirəsi yad olunub.