21 fevral 2017-ci il tarixində Q.Baxşıyev adına 179 saylı tam orta məktəbdə "Xocalısız 25 il" mövzusunda silsilə tədbirlər davam edir. Bununla əlaqədar məktəbimizin kitabxanaçıları K.Salamova və İ.Əliyevanın təşkilatçılığı ilə 8-ci siniflərlə Xocalı soyqırımına həsr olunmuş "Biz Xocalı üçün nə etmişik və nə edə bilərik" adlı debat keçirildi. Tədbirdə fəal çıxış edən şagirdlər erməni vandalizmini bütün çılpaqlıqları ilə əks etdirən çıxışlar edərək.əzəli və əbədi düşmənimizə olan nifrətlərini bildirdilər.Eyni zamanda bu gün "Xocalısız 25 il" mövzusunda rəsm müsabiqə-sərgisi keçirilmişdir.