Sağlam qidalanma mövzusunda xüsusi dərs keçirilib
Məktəbin 4 "Q" sinfində "Sağlam qidalanma" mövzusunda xüsusi dərs keçirilib. Sinif müəllimi Ruhiyyə Həmzəyeva şagirdlərə düzgün qidalanma haqqında məlumat verib. Şagirdlər vitaminli qida və meyvələr haqqında biliklərini paylaşıblar. Xüsusi dərsdə zərərli qidalar barədə məlumatlara da geniş diqqət ayrılıb. Müəllim onların insan sağlamlığında yaratdığı fəsadlardan danışıb. Sonda mövzuya uyğun videoçarx təqdim olunub.