"İdman həftəsi" çərçivəsində səhər gimnastikası
Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar 1 – 7 mart 2024-cü il tarixində idman həftəsinin keçirilməsi nəzərdə tutulub. Məktəbdə 1 mart 2024-cü il tarixində idman həftəsinə start verilib. İdman həftəsinin keçirilməsində məqsəd şagirdlərin sağlamlığı, onların idmana olan maraqlarının daha da artırılması, idman həftəsinin proqramına aid olan səhər gimnastikasının müntəzəm yerinə yetirilməsidir.Fiziki tərbiyə müəllimlərinin rəhbərliyi ilə keçirilən gimnastika təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi məqsədilə keçirilib.