Mülki Müdafiə Günü qeyd olundu

    01.03.2024- cü il tarixində məktəbdə "1 mart Ümumdünya Mülki Müdafiə Günü" qeyd edildi. Siniflərdə "1 mart - Ümumdünya Mülki Müdafiə Günü" haqqında geniş məlumat verildi, əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi haqqında söhbətlər aparıldı. ibtidai siniflərdə Mülki Müdafiə Gününün yaranma tarixi, məqsəd və vəzifələri barədə dolğun məlumat verilərək, əleyhəqazlarla tanış edildi. Bundan əlavə yanğın təhlükəsizliyi qaydalarından, müəllim və şagirdlərin bu istiqamətdə təlimatlandırılmasından söhbət edildi, həmçinin, dəm qazının yaranma səbəbləri və bu zaman davranış qaydaları haqqında videoçarx nümayiş olundu.Təbii və fövqəladə hallar zamanı şagird müəllimlərin təxliyə edilməsi barədə göstərişlər verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi