İmtahan stressinin idarə olunması
28 fevral 2024-cü il tarixində məktəbin psixoloqu Cəmilə Əlvəndova tərəfindən XI siniflər arasında “İmtahan stressinin idarə olunması” adlı seminar keçirildi. Seminarın keçirilməsində əsas məqsəd şagirdlərin imtahan öncəsi həyəcan, stress hallarını müəyyənləşdirmək və bununla əlaqədar onlara dəstək göstərməsindən ibarət idi. İlk olaraq imtahan stressinin əlamətləri, orqanizimdə baş verən fizioloji, psixoloji narahatlıqlar haqqında ətraflı məlumat verildi. Sonda psixoloq imtahanda iştirak edəcək hər bir şagirdə uğurlar arzuladı.