Məktəbdə Su çərşənbəsi qeyd edildi

    27.02.2024-cü il tarixində məktəbdə baharın ilk müjdəçisi olan Novruza qədərki ilaxır çərşənbələrdən ilki Su çərşənbəsi qeyd edildi. "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində "Poeziya yarpaqları" ədəbiyyat dərnəyinin rəhbəri Pakizə Seyidova və məktəb kitabxanasının birgə təşkilatçılığı ilə hazırlanan tədbirdə şagirdlər Novruz bayramına qədərki çərşənbələr haqda məlumat verdilər. Onlar öz çıxışlarında qeyd etdilər ki, "Bu gün ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur. Yazın, Novruzun ilk qaranquşu, müjdəçisi çərşənbələrdir. Novruz qədim ənənələrə söykənən və Azərbaycanın milli ünsürlərini özündə birləşdirən əsas bayramlardan biridir. Sonda rəngarəng musiqilər, rəqslər tədbirə ahəng qatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi