Xocalı faciəsinə həsr olunmuş dəyirmi masa

26 fevral məktəbin "Poeziya yarpaqları" ədəbiyyat dərnəyinin rəhbəri Pakizə Seyidova tərəfindən Xocalı faciəsinin 32-ci il dönümü ilə bağlı "Xocalı şəhidlərinə vəfa borcumuz" adlı dəyirmi masa keçirilib. İlk öncə tarix boyu Vətənin azadlığı uğrunda şəhid olanların, o cümlədən Xocalı faciəsində həyatlarını itirən şəxslərin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ermənilərin xalqımızın başına gətirdikləri faciələr barəsində məlumat verilib. Xüsusilə Xocalıda törətdikləri insanlığa sığmayan qətliam şagirdlərin nəzərinə çatdırılıb. Sonda Xocalı faciəsinə həsr olunan sənədli film izlənilib.