Şagird təhlükəsizliyi və sağlam təhsil mühiti müzakirə olundu
Şagird təhlükəsizliyi və sağlam təhsil mühiti valideynlərlə görüşlərdə müzakirə olundu. VIII siniflərdə təşkil olunmuş valideyn iclaslarında şagirdlərin davranış qaydalarına, müəllim-şagird, şagird-şagird, müəllim-valideyn münasibətləri, müəllimin etik davranış qaydalarına əməl olunması və digər məsələlər müzakirə olunmuşdur. Şagird təhlükəsizliyinin təmin olunması, məktəbdə sağlam mühitin daim nəzarətdə saxlanılması diqqətə çatdırılmışdır.