Reproduktiv sağlamlıq mövzusunda seminar keçirildi.

  15.02.2024-cü il tarixində Q. Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Ümidli gələcək” Gənclər Təşkilatının birgə layihəsi olan “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində hazırlanan seminar təşkil olunmuşdur. Məktəbin akt zalında təşkil olunmuş seminarda VI sinif şagirdləri iştirak etdi. Məqsəd uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdir. Reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlar məktəblilərə sanitar-gigiyenik qaydalara əməl etməyə, hər cür zərərli vərdişlərdən uzaq olmağa imkan verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi