Beynəlxalq Kitab Bağışlama Günü

    14 fevral 2024-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nailə Nəbiyevanın və məktəb kitabxanasının birgə təşkilatçılığı ilə Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib. 7 "F" sinfinin şagirdləri ilə Suleyman Sani Axundovun "Nurəddin" əsəri müzakirə olunub, gələcək nəsillərin dünyagörüşünün inkişafında kitab oxumağın nə qədər vacib məsələ olmasından bəhs edilib.Tədbir zamanı 4"Ç", 5"F" 6"P", 7"A", 7"F" sinif şagirdləri kitab bağışlama aksiyası keçirərək bir-birilərinə kitab hədiyyə ediblər. Sonda məktəblilər kitabxanada təşkil olunan sərgi ilə tanış olublar. Tədbirin keçirilməsinin əsas məqsəd şagirdlərin mütaliəyə, kitaba marağının artırılması, onların mənəvi aləminin zənginləşməsi, dünyagörüşünün və maraq dairəsinin genişləndirilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi