Pedaqoji Şura iclası keçirildi

    2023/2024- cü tədris ilinin I yarımilinin yekunlarına dair Pedaqoji Şura iclası keçirilib. İclası giriş sözü ilə açan məktəbin direktoru Həqiqət Bayramova ilk olaraq gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edib. I yarımilin yekunları, II yarımildə qarşıda duran məsələlər barədə məlumat verib. İclasda məktəbdaxili qiymətləndirmənin nəticələri, dərsə davamiyyət, məktəbin nizam- intizam qaydaları, risk qrupuna daxil olan şagirdlərin müəyyənləşdirilməsi, şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi, sinif rəhbərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması, etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirilmə tədbirlərinin tətbiq olunması, valideynlərlə işin artırılması, fövqaladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərin keçirilməsi mövzuları ətrafında müzakirələr aparıldı. Müvafiq qərarlar qəbul edildi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi