20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar məktəbdə bır sıra tədbirlər keçirilib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Könül Nəzərova 8 "B" sinif şagirdləri ilə birgə 20 Yanvara həsr olunan "Dəyirmi masa" keçirib. Müəllim, əvvəlcə, şagirdlərə faciənin tarixi barədə məlumat verib. Bildirilib ki, "20 Yanvar" faciəsi Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Daha sonra şagirdlərin ifasında şəhidlərin xatirəsinə həsr olunan şeirlər səsləndirilib, Qanlı Yanvar hadisələrindən bəhs edən slaydlar, videolar nümayiş olunub.