20 Yanvar- Qan Yaddaşımız

     20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar 18 yanvar 2024-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nailə Nəbiyevanın və məktəb kitabxanasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib. Əvvəlcə, şagirdlərə faciənin tarixi barədə məlumat verilib və bildirilib ki, bir tərəfdən kədərli, digər tərəfdən isə qəhrəmanlıq səhifəsi olan həmin faciəli gün bütün dünya  xalqımızın qəhrəmanlığının, azadlıq uğrunda mübarizliyinin şahidi olub. Daha sonra 7 "Ç"  və 7 "F" sinif şagirdlərinin ifasında şəhidlərin xatirəsinə həsr olunan şeirlər səsləndirilib ədəbi -bədii kompozisiya nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi