Metodiki Şuranın iclası keçirildi
Dekabrın 30-da məktəbdə Metodiki Şuranın növbəti iclası keçirildi. İclasda iştirak edən məktəb direktoru, təlim-tərbiyə işlər üzrə direktor müavinləri və fənn metodbirləşmə rəhbərləri məktəb mühiti, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, valideynlərlə işin qurulması, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəbdaxili metodiki işə nəzarət, istedadlı şagirdlərlə iş, məktəbdaxili qiymətləndirmə işinin təşkili məsələlərinə toxundular.