Kiçik Akademiya üzvlərinin biologiya fənni üzrə təqdimatı keçirilib
29.12.2023- cü il tarixində məktəbin biologiya müəllimi Samirə Nadirlinin təşkilatçılığı ilə "Kiçik Akademiya" üzvlərinin təqdimatı keçirilib. Təqdimatda 9 "C" sinif şagirdləri Mətanət Şamxalzadə və Leyla Mahmudova "Sinir sistemi xəstəlikləri", 8 "A" sinif şagirdi Zəhra Niyazlı "Qaraciyər xəstəliklərinin simptomları və risk faktorları", 9 "C" sinif şagirdi Zeynəb Osmanzadə "Ürək xəstəlikləri və infarkt zamanı əməliyyatlar" mövzuları üzrə araşdırmalarını təqdim ediblər. Sonda fənn müəllimləri şagirdlərin araşdırmalarını təhlil ediblər. Apardıqları araşdırmaların onların bilik və bacarıqlarıın artmasına ,kiçik tədqiqatçılıq fəaliyyətlərinin inkişafına kömək edəcəyini qeyd ediblər. Təqdimatda məktəbin direktoru və fənn müəllimləri iştirak ediblər.