"Ana dilimizi qoruyaq" layihəsi çərçivəsində divar qəzeti müsabiqəsi
"Ana dilimizi qoruyaq" layihəsi çərçivəsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zöhrə Kazımlının təşkilatçılığı ilə 7 "Q" sinfində “Məktəbli naşirləri” adı altında divar qezəti müsabiqəsi keçirildi. Müsabiqə şagirdlərdə doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaq, öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq və inkişaf etdirmək məqsədi daşıyır. Ən yaxşı divar qəzeti məktəb şagirdlərinin gizli səsi ilə seçildi.