Şagirdlər arasında "Breyn rinq" psixo- intellektual oyunu keçirildi
19.12.2023- cü il tariində məktəbin psixoloqları Cəmilə Əlvəndova və Könül Qalamovanın təşkilatçılığı ilə XI sinif şagirdləri arasında "Breyn rinq" psixo intellektual oyunu keçirildi. "İdrak", "Fantaziya", "Təfəkkür", "Duyğu", "Məntiq", "Optimist" komandaları arasında 6 mərhələdən ibarət keçirilən yarışda şagirdlərə 1-ci mərhələ "Pazıllar", 2- ci mərhələ "Azərbaycan kinosu", 3- cü mərhələ "Viktorina", 4- cü mərhələ "Atalar sözləri", 5-ci mərhələ "Anaqram" olmaqla müxtəlif sual və tapşırıqlar təqdim edildi. Daha sonra münsiflər tərəfindən komandaların ümumi balları toplanıldı və "Fantaziya" qalib komanda olaraq müəyyənləşdirildi. Sonda məktəbin direktoru Həqiqət Bayramova çıxış edərək fəal iştiraklarına görə şagirdlərə təşəkkür etdi və belə yarışların onların intellektual səviyyələrinin inkişafında oynadığı rolu xüsusi olaraq qeyd etdi. İntellektual yarışın keçirilməsində məqsəd şagirdlərdə motivasiyanın yaradılması, onların psixo- emosional vəziyyətinin yaxşılaşdırılması, şagirdlərin intellektual səviyyəsini, təhliletmə, özünü təqdimetmə bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.