Ağaclara qonan quşlar üçün yuvaların hazırlanması
“Təbiəti qoruyanlar” layihəsinə aid tədbirlər davam etməkdədir. Məktəbin texnologiya müəllimləri Şəlalə Quliyeva və Nahidə Ələkbərovanın təşkilatçılığı ilə şagirdlər ağaclara qonan quşlar üçün yuvalar düzəldiblər. Layihənin məqsədi istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsindən ibarət idi.