"Təbiəti qoruyanlar" adlı tədbir
Bakı şəhəri üzrə Təhsil idarəsinin F-138 nömrəli əmrinə əsasən şagirdlərin ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkar olunması, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi məqsədilə "Təbiəti qoruyanlar"adlı layihənin icrası ilə bağlı məktəbin "Gənc ekoloqlar" dərnəyinin rəhbəri Mirgüllər Xəlilova dərnək üzvləri ilə "Təbiəti qoruyaq"adlı tədbir təşkil etmişdir. Tədbirdə şagirdlərin təqdimatında göstərilən səhnəciklər təbiətin çirkləndirilməsi ona vurulan ziyan və bunun canlı varlıqlara göstərdiyi təsir haqqında idi.