"Məktəbli bostanı" və "Yaşıl sinif" yaradıldı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə "Yaşıl layihə:Təbiəti qoruyanlar"adlı layihənin həyata keçirilməsi ilə bağlı məktəbin tədbirlər planı hazırlanmışdır. Heyvanlara qulluq və onlara düzgün münasibətin formalaşdırılması üçün "Gənc ekoloqlar" dərnəyinin rəhbəri Mirgüllər Xəlilovanın rəhbərliyi ilə “Məktəbli bostanı” və “Yaşıl sinif” yaradıldı. Şagirdlər dibçək güllərinə qulluq etdi, yeni güllər əkdi, köhnə qabları yenilərilə əvəz etdilər. Qeyd edək ki, layihənin məqsədi ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərin həllinə dəstək verilməsindən ibarətdir.