Ümumilli lider Heydər Əliyevə həsr olunmuş sərgi

Məktəbin kitabxana müdiri Kəmalə Salamova və kitabxanaçı İradə Əliyevanın təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev: Anım Günü” adlı kitab sərgisi təşkil olunub. Sərgidə ümummilli lider, dahi rəhbər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən, həmçinin Azərbaycan dövlətinin müstəqilliyinin bərpa olunmasından, qorunmasından bəhs edən kitablar və digər materiallar yer alıb. Eyni zamanda kitablardan ibarət guşə yaradılıb və ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, sosial həyatındakı hadisələri əks etdirən kitab və digər dövri nəşrlər də nümayiş olunub.