Ümummilli lider Heydər Əliyevin anım günü
12.12.2023- cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Könül Söhbətovanın və məktəb kitabxanasının birgə təşkilatçılığı və 7 "A" sinifinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verilib. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb.