SAĞLAM QİDA-SAĞLAM HƏYAT
11-02-2017-ci il tarixində, Binəqədi rayonu Q.Baxşıyev adına 179 saylı tam orta məktəbdə,həmin məktəbin ibtidai siniflərdə təlim-tərbiyə işləri üzrə direktor müavini B.Xoşqədəm müəllimənin təşkilatçılığı ilə "Sağlam qida-sağlam nəsil" adlı layihə çərçivəsində müsabiqə-sərgisi keçirilmişdir. Tədbirdə məktəbin direktoru A.İsmayılova ,"Təhsil və zaman" qəzetinin redaktoru M.Böyükağa müəllim və Bakı şəhəri Baş Təhsil İdarəsinin nümayəndəsi S.Şəlalə xanım iştirak etmişdilər. Bundan əlavə məktəbimizin 8-ci sinifləri "Saglam qida-saglam nəsil" mövzusunda təqdimat tərtib etmişdilər.