Məktəbdə təmizlik- dezinfeksiya işləri aparıldı

08.12.2023- cü il tarixdə məktəbdə infeksion və mövsümi xəstəliklərə, viruslara, xüsusən də, qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan tədbirlərin effektliyinin yüksəldilməsi məqsədilə dezinfeksiya tədbiri həyata keçirildi. Dezinfeksiya işləri məktəbin bütün tədris otaqlarında, dəhlizlərdə, idman zalı və yeməkxanada, eyni zamanda sanitar qovşaqlarda aparıldı.