Şagirdlərlə profilaktik söhbətlər aparılıb
06.12.2023-ci tarixində məktəbin həkimi Şəmruz Mehdiyevanın və tibb bacısı İlhamə İsmayılovanın iştirakı ilə şagirdlərə qızılca xəstəliyi ilə bağlı profilaktik müayinələr və maarifləndirici məlumatlar verilib. Daha sonra uşaqlarla virus xəstəlikləri barədə maarifləndirici söhbətlər aparılıb. Onlara fərdi qorunma metodları izah edilib. Bu istiqamətdə profilaktik müayinələrin və maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsi planlaşdırılır.