"Təbiəti qoruyanlar" layihəsi çərçivəsində şagirdlərin təqdimatları
Təhsilalanların ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, müəllim-şagird, şagird-şagird əməkdaşlığının inkişafı məqsədilə layihələrin keçirilməsi davam edir. Bakı Şəhəri Təhsil İdarəsinin 02.11.2023-cü il tarixli F-403 nömrəli əmri ilə təsdiq edilmiş Yaşıl layihə: "Təbiəti qoruyanlar" adlı layihənin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq şagirdlərimiz maraqlı layihələr,əl işləri hazırlayıblar. Şagirdlər hazırladıqları əl işlərini həvəslə təqdim ediblər.