"Ailəm və məktəbim" layihəsi

Dekarın 1 - də məktəbin illik "Fəaliyyət Planı" na uyğun olaraq "Ailə və məktəbim layihəsi" çərçivəsində valideynlərlə görüş təşkil olunub. Valideynlərin məktəbə və pedaqoji prosesə münasibətinin öyrənilməsi, məktəb idarəetməsinə cəlb edilməsi və valideyn məsuliyyətinin artırılması, eləcə də təhsil prosesinə valideynlərin cəlb edilməsi və ictimaiyyət arasında maarifləndirmə işinin gücləndirilməsi məqsədilə keçirilən görüşdə valideyn icmasının nümayəndələri ilə mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.