"Dayanıqlı inkişaf məqsədləri" mövzusunda dərs təşkil olundu
Noyabrın 29- da məktəbdə “Dayanıqlı inkişaf məqsədləri – keyfiyyətli təhsil” mövzusunda açıq dərs keçirilib.Açıq dərsi məktəbin coğrafiya müəlimi Xanım Cəfərova təşkil edib. Açıq dərsin keçirilməsində məqsəd şagirdləri bəşəriyyətin aktual problemləri və Dayanıqlı İnkişaf Məqsədləri ilə tanış etməkdir. Dərs zamanı şagirdlər təhsilin insan həyatında rolu, keyfiyyətli təhsilin bəşəriyyətə təsiri mövzusunda tapşırıqlar yerinə yetirib, fikir mübadiləsi aparıblar.