Şagirdlər "Korrupsiyaya qarşı mübarizə" mövzusunda maarifləndirilir
Noyabrın 29-da “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022- 2026- cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planının 6.9- cu maddəsinin tələblərindən irəli gələn vəzifələrlə bağlı maarifləndirici dərs təşkil edilib. Dərs zamanı korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya hüquqpozmalarının növləri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər, korrupsiya ilə mübarizənin tətbiqi məsələləri barədə şagirdlərə məlumat verilib. Sonda korrupsiyaya qarşı mübarizə mövzusunda şagirdlərin sualları cavablandırılıb.