QİÇS- lə mübarizə mövzusunda şagirdlərlə söhbət aparıldı

1 Dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar məktəbin 9 "E" sinfində QİÇS-lə mübarizə və bu xəstəlikdən qorunmaqla bağlı maarifləndirici söhbət aparılıb. Psixoloq söhbət zamanı Qazanılmış İmmun Çatışmazlıq Sindromu virusunun yoluxma yolları izah olunub. İnsan həyatına böyük mənfi təsiri olan virusa yoluxan zaman insan bədənində göstəridyi əlamətlər, həmçinin müalicə üsulları haqqında məlumat verilib. Şagirdlər HİV infeksiyası adlanan xəstəliklə təmas sonrası profilaktik tədbirlərin görülməsi barədə marifləndiriliblər.