"Mən bullinqə qarşıyam" adlı maarifləndirici tədbir

Bullinq və onun qarşısının alınması ilə bağlı 8 və 9-cu siniflərin iştiraklı ilə maarifləndirici tədbirlər həyata keçirildi. Psixoloq Cəmilə Əlvəndova tədbir iştirakçılarına bullinq və onun növləri haqqında məlumat verdi. Zorakılıqla bağlı slaydlar nümayiş etdirildi. Şagirdlər bu haqda öz fikirlərini bildirdilər, istər ailə zorakılığı, istər fiziki zorakılıq, istərsə də mənəvi və kiber zorakılıq halları pislənildi. Sonda şagirdlərə mövzu ilə bağlı videoçarx nümayiş etdirildi.