Şagirdlərin təhsildən yayınması və baxımsızlığı

Məktəbin psixoloqu Könül Qalamova VII-VIII siniflərdə "Reproduktiv sağlamlıq və onun əhəmiyyətİ", şagirdlərin təhsildən yayınması və baxımsızlığı mövzusunda maarifləndirici söhbət aparıb. Psixoloq çıxışında təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik iş aparılması barədə danışıb. Məqsəd Reproduktiv sağlamlığın əhəmiyyətini şagirdlərə düzgün şəkildə aşılamaq olub. Sonda şagirdlərin sualları cavablandırıb.