Sağlam qidalanma
Məktəbdə "Sağlam qidalanma" ilə bağlı maarifləndirici tədbir keçirilmişdir. Sağlam qidalanma mövzusunda keçirilən maarifləndirici tədbirin keçirilməsinin əsas məqsədi şagirdləri düzgün qidalanma yolları ilə tanış etmək, onlara sağlam və zərərli qidalar haqqında məlumat verməkdən ibarət olub. Biologiya müəllimi Samirə Nadirli sağlam qidalar haqqında məlumat verərək, qidalanmanın bir vərdiş olduğunu vurğulayıb. Sonda sağlam həyat tərzinin faydaları ilə bağlı müzakirələr aparılıb.