"Heydər Əliyev İli" çərçivəsində bilik yarışı

    Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zöhrə Kazımlı sinif rəhbəri olduğu 7 "Q" sinif şagirdləri arasında intellektual bilik yarışı keçirib. Müsabiqənin keçirilməsində əsas məqsəd xalqımızın Ümummilli Lideri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycanın formalaşmasındakı fəaliyyətinin təbliğ olunmasına, Ulu Öndər irsinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsinə töhfə verməkdir. Şübhəsiz ki, cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar-müstəqil vətənimizin gələcək keşikçiləri məktəbdə tərbiyə alır və formalaşırlar. Milli-mənəvi dəyərlərimizin öyrənilməsində, qorunub saxlanılmasında və inkişaf etdirilməsində şagirdlərə aşılanan vətənpərvərlik tərbiyəsi mühüm rol oynayır. İki mərhələdən ibarət olan müsabiqənin sonunda qalib şagirdlər müəyyənləşdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi