Heydər Əliyev ilinə həsr olunmuş dəyirmi masa

     24.11.2023- cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Abdullayeva 9 "D" sinfində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Dəyirmi masa" keçirib. "Dəyirmi masa" da dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışılıb. Müəllim Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərdən söz açaraq parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirib. Dahi şəxsiyyətin Azərbaycanın müstəqilliyi, çiçəklənməsi naminə həyata keçirdiyi genişmiqyaslı layihələr, ölkəmizin dünyada tanınması üçün atdığı addımlar barədə şagirdlərə geniş məlumatlar çatdırılıb. Şagirdlər, həmçinin Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafı, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi uğrunda gördüyü işlər barədə danışıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi